“Sabah” Fransa klubuna məğlub oldu

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gəlib.

Milli Gimnastika Arenasında keçirilən B qrupunun matçında rəqib komanda 89:87 hesablı qələbəyə sevinib.

Bakı klubu daha əvvəl bu rəqibinə 71:84 hesabı ilə uduzub. “Sabah” həmçinin Çexiyanın “Nimburk” (65:93) və Almaniyanın “Alba” (76:85) komandalarına da məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button