Sabahını “Sabah”da görməyən Ponomaryov

“Sabah” klubu Elşad Əhmədovdan boşalan baş məşqçi postunu müvəqqəti olaraq İqor Ponomaryova tapşırıb.

Komanda.az-ın əldə etdiyi məlumata görə, klubun Müşahidə Şurasının da üzvü olan Ponomaryov, Premyer Liqa təmsilçisində, ümumiyyətlə, Azərbaycanda uzun müddət qalmaq niyyətində deyil. Belə ki, o, komanda uğurlu çıxış etsə də, etməsə də, daha əvvəl uzun müddət yaşadığı ölkəyə – İsveçə qayıtmağı düşünür.

“Sabah” hazırda baş məşqçi postuna namizədləri gözdən keçirir. Futbol ictimaiyyəti arasında gəzən söz-söhbətlərdən biri də o idi ki, Ponomaryov “Sabah”da uğurlu olsa, klub onunla baş məşqçi kimi müqavilə bağlayacaq.

“Sabah” hazırda Azərbaycan Premyer Liqasında 5 turdan sonra 2 xalla sonuncu sıradadır. Komanda Ponomaryovun rəhbərliyi altında ilk oyununu sentyabrın 29-da, Premyer Liqanın 6-cı turu çərçivəsində “Səbail”ə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button