“Sabah” Diniyev qardaşlarına görə AFFA-ya müraciət etdi
“Sabah” AFFA İntizam Komitəsinə müraciət edib.
Kludan Komanda.az-a daxil olan məlumata görə, buna səbəb komandanın Azərbaycan Premyer Liqasının sonuncu turunda “Qəbələ” ilə keçirilən matçda iki futbolçusunun sarı vərəqə ilə cəzalandırılması olub.
“Sabah” “Qəbələ” ilə matçda simuliyasiyaya görə Coşqun Diniyevə, 90-cı dəqiqədə isə vaxtı uzatdığına görə Kərim Diniyevə verilən sarı vərəqələrin ləğv edilməsini istəyir. Kərim Diniyevə göstərilən bu vərəqə onun ikinci “sarı”sı olub və meydandan qovulub.
“Qəbələ” – “Sabah” matçı qolsuz bərabərliklə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin