“Sabah” “Dinamo”nun futbolçusu ilə anlaşıb
“Dinamo” (Kiyev) klubunun futbolçusu Kahim Perris karyerasını Azərbaycanda davam etdirəcək.
Komanda.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Yamayka millisinin vingeri “Sabah”la anlaşıb.
Klublar arasındakı razılığa əsasən, 23 yaşlı oyunçu bu mövsüm icarə əsasında bakılıların formasını geyinəcək. “Sabah” 2024-cü ilin yayında onu birdəfəlik transfer etmək hüququna malik olacaq.
Kiyev “Dinamo”suna 2022-ci ilin yayında Sloveniyanın “Koper” klubundan keçən Kahim Perris ötən mövsüm 15 oyunda 3 qol vurub. Futbolçunun ukraynalılarla müqavilə müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin