“Simeoneni rəqib kimi görmək çox xoş olacaq” – İnzaqi

“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko” ilə keçiriləcək oyun haqda danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komandasının ən yaxşısını göstərməli olduğunu söyləyib:

“Dieqo Simeoneni rəqib kimi görmək çox xoş olacaq. O, vaxtı ilə əla komanda yoldaşı idi və mən həmişə onun əla məşqçi olacağını bilirdim. Heç vaxt ünsiyyətimizi kəsmədik.

“Atletiko” əla komandadır. Artıq bir neçə ildir ki, ən yüksək səviyyədə oynayırlar. Bu oyunda layiqli müqavimət göstərmək istəyiriksə, əlimizdən gələni etməliyik. Onların necə oynayacağını proqnozlaşdırmaq çətindir. “Atletiko” çox dəyişib. Komanda çox yaxşı futbol oynayır”.

“İnter” – “Atletiko” matçı bu gün Milanda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button