“Sabah” da təzələnmiş gücdə görünürdü – “Tobol”un baş məşqçisi


Qazaxıstanın “Tobol” klubunun baş məşqçisi Vladimir Qazzayev yoxlama oyunu çərçivəsində “Sabah”la heç-heçə etdikləri matçdan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, klubun saytına açıqlama verən Qazzayev, 2:2 hesabıyla bitən matçı belə şərh edib:

“Oyunun ilk hissəsindən razı qaldım. Futbolçularım verilən tapşırıqları yerinə yetirdi. Ancaq unutmayaq ki, futbolçular ağır yükləmədən sonra meydana çıxmışdılar. Yeniliklərlə bağlı biraz problem yaşadıq.

“Sabah” da təzələnmiş gücdə görünürdü. Hesabda 0:2 geriyə düşdükdən sonra futbolçularım xarakter göstərdilər. Bunun da nəticəsində hesabı bərabərləşdirdik.

Gənc oyunçular özlərini pis göstərmədilər. Bir sıra səhvlərə yol verdik. Bunun üzərində çalışacağıq və oyun keyfiyyətimizi artıracağıq”.

“Sabah” ikinci yoxlama oyununda “Tobol”la qollu bərabərə qalıb – 2:2. Azəbaycan Premyer Liqasının debütantının qollarına Rəşad Eyubov və Cavid İmamverdiyev imza atıb.

“Sabah” Antalya toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Türkiyənin “Əskişəhərspor” klubunu 1:0 hesabıyla məğlub edib.