“Sabah” çempionluq kubokuna qovuşdu
AFFA-nın inzibati binasında bu gün U-17 Liqasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Komanda.az xəbər verir ki, “Sabah”dan Vüsal Qəmbərov ən yaxşı oyunçu, “Qarabağ”dan Qurban Məhərrəmov isə ən yaxşı qapıçı seçilib. Rəqib qapılarından 19 top keçirmiş “Neftçi”nin hücumçusu Emil Quluzadə isə liqanın bombardiri olub.
“Neftçi” və “Qəbələ” müvafiq olaraq bürünc və gümüş medallarla təltif olunub. 2018-2019-cu il mövsümünün qalibi “Sabah” komandasına isə qızıl medallar və kubok təqdim olunub.
Mükafatları ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov və şaq və Gənclər liqaları üzrə Yarışların təşkili şöbəsinin rəhbəri Yusif Vəliyev təqdim ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin