UEFA “Qarabağ” – “Şerif” matçının hakimlərini dəyişdi

Sabah Çempionlar Liqasının 2-ci təsnifat məhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Şerif” (Moldova) matçının hakimləri dəyişdirilib.

Komanda.az xəbər verir ki, qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Mikola Balakin olacaq. Ona Viktor Matyaş və Sergey Pristupa kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.

UEFA daha əvvəl bu qarşılaşmanı Qazaxıstandan olan hakimlərə həvalə etmişdi.

Avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçı saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button