Azərbaycan klubunun Avropa Liqası matçına 4500 bilet satılıb

“Sabah”ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı Sloveniyanın “Çelye” komandası ilə ilk matçına indiyədək satılmış biletlərin sayı bəlli olub.

Komanda.az-a daxil olan məlumata görə, sabah saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da start götürəcək matça indiyədək 4500 bilet satılıb.

Satışda əsasən onlayn biletlər üstünlük təşkil edir. Oyun günü isə stadionun kassalarında da satış başlayacaq.

Tərəflər arasında cavab matçı iyulun 17-də, saat 22:00-da Sloveniyada start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button