“Sabah” – “Çelye” matçına satılan biletlərin sayı məlum oldu

“Sabah”ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı Sloveniyanın “Çelye” komandası ilə ilk matça indiyədək satılmış biletlərin sayı bəlli olub.

Bu barədə Komanda.az-a açıqlamasında Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib:

“3800 bilet satılıb artıq. Oyun günü stadionun kassalarında da satış başlayacaq. Hələ ki, ancaq onlayn biletlər satışdadır”.

“Sabah” – “Çelye” matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. Cavab matçı iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button