“Sabah” “Keşlə”yə məğlub oldu
“Sabah” klubu bu gün yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv “Keşlə” ilə qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən görüşdə qapılara üç qol vurulub. Yekunda “Keşlə” meydandan qələbə ilə ayrılıb. “Keşlə”nin heyətində Rəhman Hacıyevlə Azər Salahlı fərqlənib. “Sabah”ın təsəlli qoluna isə Slavik Alxasov imza atıb.
Bundan öncə “Sabah” yeni mövsümə hazırlıq çərçivəsində bir yoxlama oyunu keçirmişdi. Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv “Zirə” ilə qolsuz bərabərə qalmışdı. “Keşlə” isə buna qədər iki yoxlama oyunu keçirmişdi. “Qarabağ”a 0:7 hesabıyla uduzan bakılılar, “Səbail”lə heç-heçə etmişdi – 1:1.
Yoxlama oyunu
13 iyul
Sabah – Keşlə 1:2
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin