“Sabah” bu gün UEFA Gənclər Liqasında cavab oyununu keçirəcək

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçisi olduğu komanda Bakıda İsveçrə təmsilçisi “Bazel”lə qarşılaşacaq.

Qarşılaşma saat 18:00-da start götürəcək. Görüşü qazaxıstanlı hakim Rustam Omarov idarə edəcək.

İlk oyunda “Bazel” 6:0 hesablı qələbəyə sevinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button