“Sabah” bu gün UEFA Gənclər Liqasında cavab oyununu keçirəcək
“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçisi olduğu komanda Bakıda İsveçrə təmsilçisi “Bazel”lə qarşılaşacaq.
Qarşılaşma saat 18:00-da start götürəcək. Görüşü qazaxıstanlı hakim Rustam Omarov idarə edəcək.
İlk oyunda “Bazel” 6:0 hesablı qələbəyə sevinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin