
“Sabah” bu gün Rumıniya klubu ilə qarşılaşacaq
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün ilk yoxlama görüşünü keçirəcək.
Komanda.az xəbər verir ki, Bakı klubu Rumıniya təmsilçisi “Rapid”lə qarşılaşacaq.
Buxarest komandasına qarşı matç saat 18:00-da başlayacaq. Oyun “Mardan” İdman Kompleksinin ehtiyat meydanında reallaşacaq.
Yanvarın 15-dək Türkiyədə hazırlıq keçəcək Murad Musayevin komandası daha bir yoxlama görüşündə qüvvəsini sınamağı planlaşdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin