“Sabah” bu gün Fransa klubu ilə qarşılasacaq

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda Bakıda Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gələcək. B qrupunun matçı Milli Gimnastika Arenasında saat 20:00-da start götürəcək.

Bakı klubu daha əvvəl bu rəqibinə 71:84 hesabı ilə uduzub. “Sabah” həmçinin, Çexiyanın “Nimburk” (65:93) və Almaniyanın “Alba” (76:85) komandalarına da məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button