
“Sabah” bu gün Bolqarıstan klubu ilə qarşılaşacaq
“Sabah” bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda səfərdə Bolqarıstanın “Levski” klubu ilə qarşılaşacaq.
Bakı təmsilçisi əvvəlki mərhələdə Moldova “Petrokub”unu məğlub edib, Sofiya klubu isə Avropa Liqasında Portuqaliyanın “Braqa” komandasına uduzub. Cütün qalibi növbəti raundda “AZ Alkmar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə qarşılaşacaq.
Komandalar arasında cavab oyunu avqustun 14-də keçiriləcək.
Konfrans Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyun
7 avqust
22:00 Levski (Bolqarıstan) – Sabah
Sofiya, Georgi Asparuhov stadionu
Baş hakim: Duye Strukan (Xorvatiya)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin