“Sabah” bu gün Bolqarıstan klubu ilə qarşılaşacaq

“Sabah” bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda səfərdə Bolqarıstanın “Levski” klubu ilə qarşılaşacaq.

Bakı təmsilçisi əvvəlki mərhələdə Moldova “Petrokub”unu məğlub edib, Sofiya klubu isə Avropa Liqasında Portuqaliyanın “Braqa” komandasına uduzub. Cütün qalibi növbəti raundda “AZ Alkmar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə qarşılaşacaq.

Komandalar arasında cavab oyunu avqustun 14-də keçiriləcək.

Konfrans Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyun

7 avqust

22:00 Levski (Bolqarıstan) – Sabah

Sofiya, Georgi Asparuhov stadionu
Baş hakim: Duye Strukan (Xorvatiya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button