“Sabah bizim üçün çətin olacaq” – “Dinamo”nun futbolçusu

“Dinamo” (Zaqreb) sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin çavab matçında səfərdə “Qarabağ”ın qonağı olacaq.

Komanda.az xəbər verir ki, Xorvatiya klubunun futbolçusu Sami Mmame sabahkı oyunun çətin olacağını bildirib:

“Nəzərə alsaq ki, rəqib doğma meydanda oynayır, sabah bizim üçün çətin olacaq. Bütün diqqətimizi sabahkı oyuna kökləmişik. Rəqib güclüdür və yaxşı hazırlaşıblar.

Oyunu kifayət qədər yüksək və yaxşı aparmaq üçün özümüzə inanırıq. Kifayət qədər gücümüz var.

Çempionlar Liqasının oyununda Bakıda olmuşam. Azarkeşlərin matça təsiri çox böyükdür. Düşünürəm ki, sabahkı oyunda da belə olacaq.”

“Dinamo” (Zaqreb) ilə “Qarabağ” arasındakı ilk matç xorvatların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button