“Sabah bizi ağır oyun gözləyir” – Abbasov

“Araz-Naxçıvan”ın futbolçusu Urfan Abbasov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aris”ə (Yunanıstan) qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, müdafiəçi bu gün baş tutmuş mətbuat konfransında qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:

“Sabah bizi ağır oyun gözləyir. Qarşılaşmaya ciddi hazırlaşmışıq. İnanırıq ki, qələbə bizimlə olacaq. Rəqibin zəif və güclü tərəflərini təhlil etmişik. Türkiyədəki təlim-məşq toplanışında güclü komandalarla qarşılaşdıq. Futbolçuların bəziləri dəyişib. Düşünürəm ki, bu dəyişiklik komandaya xeyir verəcək”.

“Araz-Naxçıvan” – “Aris” qarşılaşması sabah, saat 20:00-da “Dalğa Arena”da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button