“Sabah” beynəlxalq turnirdə keçirdiyi 3 oyundan ikisində qələbə qazandı

“Sabah” klubunun U-12 komandası Türkiyədə təşkil olunan “Rize Cup” beynəlxalq turnirində üç oyun keçirib.

Komanda.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk görüşdə komanda yerli “Rizəspor”la qarşılaşıb. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə nəticələnib. “Sabah”ın heyətində Səhlab Məmmədov fərqlənib. Bakı komandası növbəti qarşılaşmada “Başakşəhər”i 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu Arda Fərəmuzov vurub.

Emin Salmanovun baş məşqçisi olduğu komanda üçüncü oyunda “Qaziantep”lə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb. Hər üç qolu Arda Fərəmuzov rəqib qapısından keçirib.

Üç oyundan sonra “Sabah”ın 6 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button