
“Sabah” – “Beşiktaş” matçının biletləri nə vaxt satışda olacaq?
“Sabah” mayın 13-də Türkiyənin “Beşiktaş” komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az-a açıqlamasında matçın biletlərinin yaxın günlərdə satışa çıxarılacağını bildirib.
Xeyriyyə oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Martın 26-da Türkiyənin “Qalatasaray” klubu da Bakıda “Qarabağ”la xeyriyyə oyunu keçirmişdi. Görüş türkiyəlilərin 2:1 hesablı qələbəsi ilə bitmişdi.
Rövşən Əlisoy
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin