“Sabah” bəyəndiyi qanalı ilə niyə müqavilə bağlamayıb? – Açıqlama

Bir müddət əvvəl “Sabah”da baxışa dəvət olunan qanalı futbolçu Daniel Lomoteyin durumuna aydınlıq gəlib.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az-a açıqlamasında deyib. O, Lomoteyin bu gün ölkəsinə qayıdacağını bildirib:

“Hazırda Qana çempionatında fasilə yaranıb. Yerli futbolda olan qalmaqalla bağlı onun bizə baxışa gəlməsində problem olmadı. Lomotey məşqçilər tərəfindən bəyənilib. Ancaq transfer pəncərəsi dövrünün bağlı olmasına, hazırkı klubuyla müqaviləsinin olmasına görə, hücumçunun keçidi indi alınmır.

Ümumiyyətlə, baxışa gələndə də onun keçidinin indi mümkün olmayacağı bəlli idi. Yayda onun məsələsinə yenidən baxılacaq. Lomotey bu gün ölkəsinə qayıdacaq”.

Lomotey Qananın U-23 yığmasının üzvüdür. Həm hücumçu, həm də vinger kimi oynaya bilən 20 yaşlı futbolçu, “Sabah”ın “FC Baku” ilə yoxlama oyununda da sınaqdan keçirilib. Start heyətdə meydana çıxan forvard sonadək oynayıb.

“Qərbi Afrika Futbol Akademiya”sının yetirməsi olan futbolçu, Qana Premyer Liqasında 5 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button