“Sabah” Azərbaycanda “Qarabağ” və “Neftçi” qədər tanınmır”
“Sabah”ın baş məşqçisi Jelko Sopiçin xorvatiyalı köməkçisi Marko Lozo ölkəsinin mətbuatına müsahibə verib.
Komanda.az xəbər verir ki, “slobodnadalmacija.hr” portalına danışan Lozo, Azərbaycandakı karantin rejimi və ölkə çempionatının səviyyəsi barədə fikirlərini səsləndirib:
“Azərbaycanda koronavirusa yoluxma halının çox olduğunu düşünmürəm. Bəlkə də, gündə 130 nəfər yoluxur, amma futbola nə vaxt başlayacağımızı bilmirik. Azərbaycan güclü futbol ölkəsidir, klublar Çempionlar Liqası və Avropa Liqasında iştirak edir. Koronavirusla bağlı qaydaları bir az yumşaldıblar, amma iyunun 1-dən kollektiv məşqlərə başlaya bilməyəcəyik və məktəblər də açılmayacaq.
“Sabah” Azərbaycanda “Qarabağ” və “Neftçi” qədər tanınmır. Sopiçin bura gəlmə fürsəti oldu, məni də yanına gətirdi. Noyabr ayında 6 oyunda yaxşı çıxış etdik, amma iki ay sonra hər şey dayandı”.
Bizi Facebook-da izləyin