“Sabah”ın futbolçusunun unutmayacağı oyun
“Sabah” Azərbaycan Premyer Liqasının 6-cı turunda “Səbail”i məğlub edib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, 3:0 hesabıyla bitən görüş “Sabah”ın futbolçusu Şakir Seyidov üçün əlamətdar olub. Belə ki, oyunda son nöqtəni qoyan 18 yaşlı yarımmüdafiəçi, komandanın heyətində ilk qolunu vurub.
Seyidov, həm də, “Sabah”ın heyətində Premyer Liqada qol vuran ən gənc futbolçu ünvanını qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin