Sabah Azərbaycan kubokuna start veriləcək

Həndbol üzrə 30-cu Azərbaycan kubokunun oyunlarına start veriləcək.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.

Yarışlarda 7 kişi (“Azəryol”, “Bakı”, “Dinamo”, “İdman Akademiyası”, “Kür”, “Təhsil”, “Qarabağ”) və 6 qadın (“Azəryol”, “Bakı”, “İdman Akademiyası”, “Gənclər Birliyi”, “Kür”, “Qarabağ”) komandası fəxri mükafat uğrunda mübarizə aparacaq.

Görüşlər mayın 23-dən 30-dək davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button