“Sabah” Azərbaycan çempionatı tarixində bunu edən 3-cü komandadır
“Sabah” Azərbaycan çempionatı tarixində bir mövsümdə ilk 20 turun oyunlarının ən azı yarısında heç-heçə edən üçüncü komanda olub.
Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Paytaxt təmsilçisi son olaraq Misli Premyer Liqasının 20-ci turunda “Sumqayıt”la qolsuz bərabərə qalıb. “Bayquşlar” keçirdiyi 20 matçda 10-cu dəfə “sülh”ə razılaşıb.
Mütləq rekord 2012/2013 mövsümündə 20 turda 11 heç-heçə edən “Bakı”ya məxsusdur. “Şamaxı” 2014/2015 mövsümündə “İnter” adı ilə 10 bərabərliyə imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin