“Sabah” Avstriyada ilk məşqə çıxdı

Növbəti mövsümün hazırlığını davam etdirən “Sabah” hazırlıq prosesinin ikinci mərhələsi çərçivəsində bu gün Avstriyaya yola düşüb.

Komanda.az xəbər verir ki, komanda bu gün günorta saatlarında təlim-məşq toplanışının baş tutacağı Tirol bölgəsinin Fulpmes qəsəbəsinə çatıb.

Murad Musayevin yetirmələri axşam saatlarında ilk məşqinə çıxıb. Məşq zamanı futbolçular məşqçilərin tapşırığı əsasında topla və topsuz müxtəlif təmrinləri yerinə yetiriblər.

Qeyd edək ki, “Sabah”ın Avstriya toplanışı iyulun 20-dək davam edəcək. Komanda hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button