“Sabah” Avropadakı azərbaycanlılara müraciət etdi

“Sabah” klubu Avropada yaşayan həmvətənlərimizə müraciət edib.

Komanda.az xəbər verir ki, klubun yaydığı müraciətdə billdirilib:

“Oktyabırın 23-də, İsveçrənın Bazel şəhərində “Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsində İsveçrənın “Bazel” klubu ilə vacib görüşə çıxacaq. Bu əhəmiyyətli oyunda komandamızı tək qoymayaq. Çətin səfər matçında sizin tribunadan dəstəyiniz “Sabah” üçün çox vacibdir. Gəlin, bu əhəmiyyətli qarşılaşmada komandamıza dəstək olaq”. 

Klub bildirib ki, oyunda iştirak edəcək şəxslər biletlə təmin ediləcək. Bununla əlaqədar əlavə məlumat “Sabah”ın rəsmi “feysbuk” səhifəsində yerləşdirilib.

Oyun oktyabırın 23-də, yerli vaxtla saat 19:00-də İsveçrənin Bazel şəhərində yerləşən “St. Jakop-Park” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button