“Sabah” Almaniya klubu ilə qarşılaşacaq
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın qarşılaşacağı növbəti rəqibin adına aydınlıq gəlib.
Komanda.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sankt-Pauli”ylə üz-üzə gələcək.
İyulun 15-də İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda oynanılacaq matç saat 14:00-da başlayacaq.
“Sabah” ilk matçında Qətərin “Əl-Sədd” komandasına 3:1 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin