“Sabah” ABŞ-dan olan oyunçu ilə müqavilə bağlayıb
Transfer çalışmalarını davam etdirən “Sabah” basketbol klubu sıralarını daha bir legionerlə gücləndirib.
Komanda.az kluba istinadən xəbər verir ki, ABŞ-lı basketbolçu DeAndre Uilyams FİBA Çempionlar Liqasında mübarizə aparacaq paytaxt təmsilçisinin heyətinə cəlb olunub.
206 sm boya malik basketbolçu ilə 2 illik müqavilə imzalanıb.
27 yaşlı oyunçu T1 Liqasında mübarizə aparan “Taiwan Beer Leopards” klubunda çıxış edib.
DeAndre Uilyams 2020-2023-cü illər aralığında öz ölkəsində NCAA 1-ci divizionunda iştirak edən “Memphis Tigers” klubunda oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin