“Sabah” 50-yə çatdı
“Sabah” Azərbaycan Premyer Liqasında 50-ci “quru oyun”unu keçirib.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 20-ci turda “Zirə” ilə oyuna (1:0) təsadüf edib.
2018/2019 mövsümündən Premyer Liqada mübarizə aparan paytaxt təmsilçisi 161-ci qarşılaşmada “100”ü yarılayıb. “Sabah” evdə 23, səfərdə 27 görüşü qol buraxmadan tərk edib. Bakı təmsilçisi ölkə çempionatlarında 50 və daha çox “quru oyun” keçirən 21-ci komandadır.
“Sabah”ın Premyer Liqada qol buraxmadığı ilk matç 2018-ci il avqustun 12-də baş tutub. Həmin gün “Şamaxı” üzərində 1:0 hesablı səfər qələbəsi əldə olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin