“Sabah” 11 700 manat cərimələndi

AFFA İntizam Komitəsi “Sabah” klubunu 11 700 manat cərimələyib.

Komanda.az xəbər verir ki, buna Premyer Liqanın 6-cı turunda “Sumqayıt”la matçda yaşananlar səbəb olub.

Oyununun gedişində işıq söndüyünə görə qarşılaşma 20 dəqiqə gecikdiyi üçün “Sabah” 1000 manat cərimə olunub.

Bakı klubu dörd futbolçusu sarı vərəqə aldığından əlavə 700 manat ödəməli olacaq.

90+4-cü dəqiqədə “Sabah”ın məşqçisi Castinas Qasiunas hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klub 10 000 manat ziyana düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button