Qvardiola: “Çempionlar Liqasına vəsiqə qazanmaq böyük uğur olar”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının bu mövsüm qarşılaşdığı çətinliklərlə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis UEFA Çempionlar Liqasına vəsiqə qazanmağın böyük uğur olacağını bildirib:

“Şəxsən mənim üçün bu yaxşı dərs oldu, çox şey öyrəndim və ümid edirəm ki, düzələcək. UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq böyük uğur olar. Əvvəllər insanlar mənim bu sözlərimə inanmırdılar, indi inanırlar”.

İngiltərə Premyer Liqasının 29 turundan sonra “Mançester Siti”nin 48 xalı var və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Qvardiolanın komandası növbəti turda – aprelin 2-də “Lester”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button