Kontenin peşmanlığı

İtaliya millisinin sabiq baş məşqçisi Antonio Konte yenidən məşqçi fəaliyyətini bərpa etmək istəyir.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanından gələn təklifi rədd etdiyini açıqlayıb:

“Yuventus”da cəmi üç il işlədikdən sonra ayrıldığım üçün peşmanam. Nə vaxtsa özümü “Roma” və ya “Napoli”də sınamaq istəyərdim. Ancaq adətən mövsümün sonunda komandaya baş məşqçi təyin olunmağa üstünlük verirəm. Mən Səudiyyə Ərəbistanından gələn cəlbedici təklifdən imtina etdim”.

İtaliyalı məşqçi son dəfə “Tottenhem”də işləyib. O, bundan əvvəl “Siena”, “Bari”, “Atalanta”, “Yuventus”, “Çelsi”, “İnter” klubları ilə yanaşı, İtaliya millisində işləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button