
Səudiyyə Ərəbistanı qran-prisinin qalibi bəlli oldu
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə Səudiyyə Ərəbistanı qran-prisinin qalibi olub.
Komanda.az xəbər verir ki, onun komanda yoldaşı meksikalı Serxio Peres ikinci yeri tutub. İlk üçlüyü “Ferrari”dən monakolu Şarl Lekler bağlayıb.
Formula 1-in növbəti mərhələsi martın 22-dən 24-dək Avstraliyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin