Hər gün 1200 köynəyə onun adı yazılır

Braziliyalı hücumçu Neymarın PSJ-dən “Əl-Hilal”a keçməsi Səudiyyə Ərəbistanı klubunun azarkeşləri arasında böyük marağa səbəb olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Hilal” mağazalarının əməkdaşları hər gün klubun 1200 köynəyinə Neymarın adını yazırlar.

31 yaşlı Neymar bu yay 90 milyon avro qarşılığında PSJ-dən “Əl-Hilal”a keçib. Onun keçidi Səudiyyə Ərəbistanı çempionatı tarixində ən bahalı transfer olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button