Osimhen üçün 120 milyon avroluq təklif hazırlayırlar

“Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Komanda.az “II Matino”-ya istinadən xəbər verir ki, “Əl-Əhli” nigeriyalı futbolçu üçün “Napoli”yə 120 milyon avro təklif etmək niyyətindədir.

Osimhenin özünün mövqeyi hələ də bəlli deyil. Onun Səudiyyə Ərəbistanına getmək istəyəcəyi dəqiqləşməyib.

25 yaşlı futbolçu ötən mövsüm 32 matça çıxıb, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. Hücumçunun “Napoli” ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button