
Ərəblər “Milan”ın futbolçusu üçün danışıqlar aparır
“Milan”ın yarımmüdafiəçisi Yasin Adli karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan klub 25 yaşlı futbolçunun transferi üçün aktiv iş aparır.
Vasitəçilər Adlinin Səudiyyə Ərəbistanının bir klubuna keçidi barədə danışıqlar aparırlar.
2021-ci ildən “Milan”da çıxış edən fransalı futbolçu 39 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



