
Səudiyyə Ərəbistanı klubu De Xea ilə danışıqlar aparır
Hazırda azad agent olan qapıçı David de Xea ilə Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubu maraqlanır.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, tərəflər danışıqlar mərhələsindədir. “Əl-Şabab” “Qalatasaray”ın cinah oyunçusu Hakim Ziyeşi də gözdən keçirir.
Daha əvvəl bildirilmişdi ki, 33 yaşlı ispaniyalı qapıçı ilə müqavilə şərtləri yerinə yetirilərsə, o, “Nyukasl”a keçə bilər.
De Xea 2011-ci ildən formasını geyindiyi “Mançester Yunayted”i 2023-cü ilin iyulunda tərk edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin