Ərəblər “Arsenal”ın futbolçusuna “elçi düşüb”
“Arsenal”a məxsus olan belçikalı vinger Leandro Trossard karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.
“Əl-İttihad” 29 yaşlı futbolçunun xidmətində maraqlıdır. Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi onun üçün 15 milyon avro təklif etməyə hazırdır.
“Transfermarkt” portalı Trossardın dəyərini 35 milyon avro qiymətləndirir. Onun klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.
Belçikalı yarımmüdafiəçi İngiltərə çempionatının cari mövsümündə 10 oyun keçirib, 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin