Ərəblər argentinalı futbolçu üçün danışıqlara başlayıb
“Əl-Əhli” yarımmüdafiəçi Rodriqo De Paulun transferi üçün “Atletiko” ilə danışıqlara başlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, De Paul “Napoli”nin yarımmüdafiəçisi Pyotr Zelinski ilə danışıqların uğursuzluğundan sonra Səudiyyə Ərəbistanı klubunun əsas hədəfinə çevrilib. Ərəblər danışıqların asan olmayacağını bilsələr də, argentinalı futbolçunu “Atletiko”dan almaqda qərarlıdırlar.
De Paul 2021-ci ildən “Atletiko”da çıxış edir. O, ötən mövsüm La Liqada 30 oyuna çıxıb, 2 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin