Səudiyyə Ərəbistanı klublarının transferlərinə məhdudiyyət qoyulub

Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) maliyyəşdirdiyi klubların qış transferlərinə məhdudiyyətlər qoyub.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, bunlar “Əl-Hilal”, “Əl-Nəsr”, “Əl-İttihad” və “Əl-Əhli”dir.

Bildirilib ki, komandalar PIF-in dəstəyi olmadan böyük müqavilələr bağlaya bilməyəcəklər. Yanvarda bu klublar heyətlərini gücləndirib-gücləndirməməklə bağlı qərar verəcəklər. Amma istənilən transfer bir sıra ciddi tələblərə cavab verməlidir. Hazırda onların dövlətin maliyyə dəstəyi olmadan yüksək səviyyəli futbolçuları dəvət etmək imkanı yoxdur.

Səudiyyə Ərəbistanı klubları 2023-cü ilin yayında oyunçu keçidlərinə 875,4 milyon ABŞ dolları xərcləyiblər. Bu, İngiltərə Premyer Liqasından sonra ən yüksək ikinci göstəricidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button