Ərəblər “Barselona”nın futbolçusunu hədəfə alıb
“Barselona”nın yarımmüdafiəçisi Pedri Səudiyyə Ərəbistanı çempionatından klubların maraq dairəsinə düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları ispaniyalı futbolçuya yüksək maaş təklif etməyə hazırdır. Potensial maaş 200 milyon avrodur. “Barselona” isə öz növbəsində, Pedrini satmağı planlaşdırmır və onunla əməkdaşlığı genişləndimək istəyir.
Yarımmüdafiəçinin Kataloniya klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin