
Səudiyyə Ərəbistanı klubları Levandovski üçün danışıqlara start veriblər
Səudiyyə Ərəbistanının bir neçə klubu “Barselona”nın hücumçusu Robert Levandovskini transfer etmək imkanını araşdırır.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, bu klublar polşalı forvarda yüksək maaşlı, uzunmüddətli müqavilə təklif etməyə hazırdır və artıq onun ətrafı ilə ilkin danışıqlara başlayıblar.
Levandovski hələlik Kataloniyada qalmaq niyyətindədir və bu yay köç etməyi planlaşdırmır. Ancaq yüksək maaş və uzunmüddətli razılaşma onu fikrindən daşındıra bilər.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik 36 yaşlı hücumçunun xidmətinə güvənir. Buna baxmayaraq, klub sərfəli təklif daxil olarsa, onun transferinə mane olmayacaq.
Levandovskinin Kataloniya klubu ilə müqaviləsinin müddəti gələn ilin ortalarında başa çatacaq.
Bizi Facebook-da izləyin


