Səudiyyə Ərəbistanı çempionatının ən bahalı futbolçuları
“Transfermarkt” portalı Səudiyyə Ərəbistanı çempionatının ən bahalı 10 futbolçusunun adını açıqlayıb.
Komanda.az xəbər verir ki, siyahıda birinci yeri yayda PSJ-dən Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçən Neymar tutub. Onun dəyəri 50 milyon avrodur.
İkinci və üçüncü yerləri Neymarın komanda yoldaşları Ruben Neveslə Sergey Milinkoviç-Saviç (hər biri 40 milyon avro) bölüşdürüb.
“Əl-İttihad”dan Fabinyo (38 milyon avro), “Əl-Nəsr”dən Otavio (35 milyon avro), “Əl-Əhli”dən Qabriel Veyqa (30 milyon avro), “Əl-Hilal”dan Malkom (30 milyon avro), “Əl-Əhli”dən Rojer İbanyes (28 milyon avro), “Əl-Hilal”dan Aleksandr Mitroviç (28 milyon avro), “Əl-Nəsr”dən Emerik Laport (25 milyon avro) növbəti sıralarda qərarlaşıblar.
“Əl-İttihad”dan Kərim Benzema və “Əl-Nəsr”dən Kriştiano Ronaldonun qiyməti 15 milyon avro qiymətləndirilib və onlar “10-luq”dan kənarda qalıblar.
Bizi Facebook-da izləyin