Luçeskunun oğlu klubsuz qaldı

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal”da baş məşqçi Razvan Luçeskonun müqaviləsinə xitam verilib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Luçeskunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

50 yaşlı mütəxəssisin yerinə “Əl Hilal”ın “sükanı arxasına” braziliyalı Rojer Mikael gətirilib. Razvan 2019-cu ilin yayından Səudiyyə Ərəbistanı klubunda idi.

Razvan Luçesku rumıniyalı mütəxəssis Mirça Luçeskunun oğludur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button