“Səudiyyə Ərəbistanı qolf, böyük boks yarışlarını ələ keçirdi, indi də futbolu ələ keçirmək istəyir!”

Keçmiş futbolçu Cimi Karrager ulduz oyunçuların Səudiyyə Ərəbistanı çempionatına transferinə qarşı çıxıb.

Komanda.az xəbər verir ki, “Liverpul”un sabiq müdafiəçisinin narazılığına “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanın Səudiyyə Ərəbistanı klublarından birinə keçməyə yaxın olması ilə bağlı məlumatlar səbəb olub.

Karrager bu mövzuda narazılığını “tvitter” hesabındakı paylaşımında bildirib:

“Bernardo Silva karyerasının zirvəsindədir və son beş ildə Avropanın ən yaxşı oyunçularından biridir! Səudiyyə Ərəbistanı klubları 30 yaşdan yuxarı oyunçuları alanda narahat olmadım. Ən yüksək səviyyədə olmayan (Ruben Neves) futbolçuların transferinə görə bir az narahat oldum. Amma bu (Bernardo Silvanın transferi) baş verərsə, o zaman oyunun qaydalarını dəyişəcək.

Səudiyyə Ərəbistanı qolf, böyük boks yarışlarını ələ keçirdi, indi də futbolu ələ keçirmək istəyir! Buna son qoyulmalıdır!”

Daha əvvəl “Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill İngiltərə Premyer Liqasını Səudiyyə Ərəbistanına transferlərə embarqo qoymağa çağırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button