Səudiyyə Ərəbistanı klubunun Mane planı

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu “Bayern”in hücumçusu Sadio Mane ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ərəblər seneqallı futbolçunu “Liverpul”da birlikdə oynadığı hücumçu Roberto Firminonun komanda yoldaşı etmək istəyir.

31 yaşlı Mane 2022-ci ildə “Liverpul”dan ayrılaraq “Bayern”ə keçib. O, Münhen klubunda 38 matçda 12 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Firminonun “Əl-Əhli”yə azad agent kimi keçdi iyulun 4-də baş tutub. Braziliyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button