“Şərtlər hər iki komanda üçün eynidir” – “Ferentsvaroş”un hücumçusu

Macarıstanın “Ferentsvaroş” komandasının hücumçusu Tokmak Nquen UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qarabağ” güclü komandadır. Ümumiyyətlə, bu mərhələdə zəif rəqib olmur. Rəqibin heyətindəki itkilər barədə məlumatım yoxdur. İstənilən halda, “Qarabağ” əla kollektivdir. Şərtlər hər iki komanda üçün eynidir. Bakıya uzun səfər hər hansı problem yaratmayacaq”.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button