“Sərkərdə” “Zirvə”yə uduzdu, 3 oyun baş tutmadı
Bu gün basketbol üzrə Azərbaycan Super Liqasında 10-cu turun oyunları keçirilməli idi.
Komanda.az xəbər verir ki, turun ilk qarşılaşmasında “Zirvə” “Sərkərdə” ilə üz-üzə gəlib.
“Sərkərdə” rəqibinə yalnız 1-ci hissədə müqavimət göstərə bilib. Qalan hissələrdə çempionatın lideri rəqibə heç bir şans verməyərək inamlı qələbəyə imza atıb – 103:86 (21:20, 25:16, 26:15, 31:35).
“Atom” – “Sıçrayış”, “Gəncə” – “Xırdalan” və “80-lər – “Atletik” oyunları isə Texniki Universitetin basketbol zalında yaranan texniki problemlərlə əlaqədar təxirə salınıb.
Azərbaycan Basketbol Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, “Atom” – “Sıçrayış” (saat 13:00) və “Gəncə” – “Xırdalan” (15:00) matçları sabah keçiriləcək. “80-lər” – “Atletik” qarşılaşması isə gələn həftə baş tutacaq.
Bizi Facebook-da izləyin